Bank Of Baku

Sentyabrda Azərbaycanda yeni serialın çəkilişləri başlayacaq

Sentyabrda Azərbaycanda yeni serialın çəkilişləri başlayacaq
# 30 iyul 2013 12:03 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Sentyabrda Azərbaycanda yeni serialın çəkilişləri başlayacaq. APA-nın məlumatına görə, quruluşçu rejissoru Rövşən İsax, ssenari müəllifi Əyyub Qiyas olan “Sonuncu fəsil” adlı yeni serial ATV telekanalında yayımlanacaq. Əyyub Qiyas APA-ya bildirib ki, hazırda aktyor seçimi prosesi gedir: “Təxminən beş-altı aktyor artıq rol üçün təsdiq olunub. Onların arasında tanınmış aktyorlar da var. Serial efirdə noyabr ayından etibarən göstəriləcək”.

 

 Əyyub Qiyasın sözlərinə görə, yeni serial ailə dramı mövzusundadır: “Amma bu serialda bizim öyrəşdiyimiz, tez-tez qarşılaşdığımız ənənəvi süjet olmayacaq. Serialın rejissoru Rövşən İsaxın öz tələbləri var və sözün açığı, onun yanaşmağı mənim ürəyimdən oldu. “Sonuncu  fəsil”də iki ailənin təsadüfən yaşadığı qəza və bu qəzanın ailələrin həyatına gətirdiyi həyatlarındəyişiklik tamaşaçıya göstəriləcək. Bu serialda ailə dramına, faciəyə yanaşma bucağı fərqli olacaq. Sözün əsl mənasında şok effekt yaradan hadisələri ekrana gətirəcəyik”.

 

“Sonuncu səfir” serialının icraçı prodüseri Rizvan Məmmədovdur. ATV telekanalının sifarişi olan serialın çəkilişləri Bakı və onun ətraf ərazilərində aparılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR