Bank Of Baku

Seysmoloji Xidmət Mərkəzi: Bakıda zəlzələ olması barədə yayılan məlumatların əsası yoxdur

Seysmoloji Xidmət Mərkəzi: Bakıda zəlzələ olması barədə yayılan məlumatların əsası yoxdur
# 24 may 2013 09:09 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

 

Mərkəz bəyan edir ki, ölkə ərazisində baş verən zəlzələlərə dair məlumatlar ilk olaraq AMEA RSXM-in rəsmi internet saytında - www.seismology.az-da operativ olaraq yerləşdirilir: “Hər birinizdən zəlzələ ilə bağlı məlumatlar yayarkən saytımıza istinad etməyi xahiş edirik. Bildiyiniz kimi, zəlzələ əhali tərəfindən hər zaman həyəcanla qarşılanan təbii fəlakət olduğundan, heç bir əsası olmayan məlumatların yayılması insanların yersiz narahatçılığına səbəb olur. Odur ki, mətbuat nümayəndələrindən peşə borclarını yerinə yetirərkən rəsmi və  dəqiq məlumatlara istinad etməsi zəruridir. Qeyri-dəqiq informasiya yayan KİV əhalidə narahatçılıq yaratmaqla yanaşı, həm də öz imiclərinə ziyan gətirmiş olurlar”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR