Bank Of Baku

Son tədris ilində 607 azərbaycanlı tələbə xaricdə təhsil almağa göndərilib

Son tədris ilində 607 azərbaycanlı tələbə xaricdə təhsil almağa göndərilib
# 06 avqust 2013 13:44 (UTC +04:00)

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, 2007-2008-ci tədris ilində 66 nəfər, 2008-2009-cu tədris ilində 134 nəfər, 2009-2010-cu tədris ilində 308 nəfər, 2010-2011-ci tədris ilində 275 nəfər, 2011-2012-ci tədris ilində isə 435 nəfər bu Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almağa göndərilib.

 

Xaricdə təhsil əsasən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir və tələbələrin göndərilməsi üçün konkret kvotalar müəyyən olunmayıb. Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün ən çox tələbə Böyük Britaniya (419 nəfər), Almaniya (367 nəfər), Türkiyə (364 nəfər), Kanada (141 nəfər) və Fransaya (98 nəfər) göndərilib.

 

Xaricdə dövlət hesabına təhsil alan tələbələr qəbul olunan kateqoriyalar (http://xaricdetehsil.edu.gov.az/c-odenishcedveli/) üzrə aylıq təqaüdlər verilir və onlar yaşayış yeri seçimlərində sərbəstdirlər.  

 

Bundan başqa, Təhsil Nazirliyi mütəmadi olaraq Dövlət Proqramı məzunları haqqında məlumatları onların dövlət orqanlarında işləməsinə şərait yaradılması məqsədilə Prezident yanında Təhsil üzrə Komissiyaya təqdim edir: “Eyni zamanda onu qeyd etmək istərdik ki, xaricdə təhsil Dövlət Proqramı çərçivəsində təhsil almış şəxslər dövlət qulluğuna işə qəbul imtahanlarının birbaşa növbəti mərhələsinə buraxılırlar ki, artıq xeyli sayda proqram məzunu bu imkandan faydalanaraq işə qəbul olmuş və müxtəlif dövlət qurumlarında çalışmaqdadır”.

 

Təhsil Nazirliyi xaricdə təhsillə bağlı ayrılan vəsait haqda da açıqlama verib: “Dövlət Proqramı Dövlət Neft Fondu (DNF) tərəfindən maliyyələşdirilir. Belə ki, DNF tərəfindən hər il Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alanların təhsilinin maliyyələşdirilməsi üçün konkret maliyyə vəsaiti ayrılır. 2013-cü il üçün DNF tərəfindən Dövlət Proqramının maliyyələşdirilməsinə 34 milyon manat vəsait ayrılıb. Bu vəsait hesabına həm hazırda Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alanların təhsilinin maliyyələşdirilməsi aparılır, həm də bu il yeni qəbul olunacaq tələbələrin təhsilinin maliyyələşdirilməsi həyata keçiriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR