Bank Of Baku

Son on ildə 8 bölgədə regional bərpa mərkəzləri yaradılıb

Son on ildə 8 bölgədə regional bərpa mərkəzləri yaradılıb
# 31 iyul 2013 11:55 (UTC +04:00)

Bakı-APA. Son on ildə respublikanın regionlarında yaşayan əlillərin bərpa-müalicə şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi təmin olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, 2003-2013-cü illərdə Naxçıvan, Şirvan, Lənkəran, Şəki, Sumqayıt, Naftalan, Xaçmaz, Yevlax şəhərlərində regional bərpa mərkəzləri,  Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin Naxçıvan və Gəncə şəhərlərində filialları inşa etdirilərək istifadəyə verilib. Həmçinin sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədilə Bakı və Naxçıvan şəhərlərində Uşaq Bərpa Mərkəzləri yaradılıb.

 

Qeyd olunan müddətdə nazirliyin nəzdindəki bərpa müəssisələrində 70 min nəfərə yaxın əlilliyi olan şəxsə bərpa-müalicə xidməti göstərilib.

 

Hazırda ölkənin bütün regionları üzrə 14 reabilitasiya mərkəzində  hər il 9 minə yaxın əlil insana bərpa-müalicə xidməti göstərilir.

 

Əlillərin xarici ölkələrdə müalicəsinin təşkili daim diqqətdə saxlanılıb və 2003-2013-cü illərdə hər il 100 nəfərədək əlilin xarici ölkələrdə 28 günlük bərpa müalicəsi, 1000  nəfərə yaxın əlilin istirahət zonalarında mənalı istirahəti təşkil olunub. Bununla yanaşı, 2012-ci ildən etibarən sümük-əzələ xəstəlikləri olan 100-dən artıq əlilin Naftalan şəhərindəki müalicə mərkəzində bərpa müalicəsi həyata keçirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR