Bank Of Baku

Stanislav Çernyayevski: “Yaxın 10 ildə Azərbaycanın əsas qayğısı gənclərin problemlərinin həlli olmalıdır”

Stanislav Çernyayevski: “Yaxın 10 ildə Azərbaycanın əsas qayğısı gənclərin problemlərinin həlli olmalıdır”
# 02 sentyabr 2013 13:17 (UTC +04:00)

APA-nın məlumatına görə, bu fikirləri Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Məkanı Tədqiqatlar Mərkəzinin direktoru Stanislav Çernyayevski Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının “Dəyişən dünyada Cənubi Qafqaz” 2-ci Forumda çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, yaxın 10 ildə Azərbaycan üçün ikinci mühüm məsələ ekologiya məsələsi olacaq: “Hazırda Azərbaycanda neftlə çirklənmiş ərazilərin təmizlənməsinə dair dövlət proqramları həyata keçirilir. Bundan başqa yaşıllaşdırma, abadlıqla bağlı böyük işlər görülür. Avropalılar Azərbaycanın hansısa rayonuna nəhayət təmiz içməli su verildiyi, malyariya təhlükəsinin olmadığı kimi uğurları anlaya bilməzlər.  Mənə elə gəlir ki, bu işdə neft sənayesi mühüm rol oynayır. Azərbaycan bu sahəni inkişaf etdirmək üçün çox iş görüb. 2020-ci il inkişaf proqramı təkcə dünya iqtisadiyyatının deyil, həm də Azərbaycan iqtisadiyyatının inkişafına böyük töhfədir”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR