Bank Of Baku

Təhsil naziri: “Formallıq xətrinə şagirdi sinifdən sinfə keçirməklə nə şagirdə, nə təhsil sisteminə xidmət edirik”

Təhsil naziri: “Formallıq xətrinə şagirdi sinifdən sinfə keçirməklə nə şagirdə, nə təhsil sisteminə xidmət edirik”
# 06 may 2014 11:08 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, bu qərara əsasən bir sıra fənlər üzrə “qeyri-kafi” qiymət alan şagirdlərin növbəti sinfə keçirilməsi məqsədəuyğun hesab edilmir: “Fərz edək ki, şagird 8-ci sinif proqramını mənimsəmir və onun 9-cu sinifdə uğurla təhsil alması təbii olaraq böyük suallar doğurur. Formallıq xətrinə şagirdi sinifdən-sinfə keçirməklə biz nə şagirdə, nə təhsil sisteminə, nə də nəticə etibarilə onun vətəndaş kimi həyatda yer tapmasına xidmət etmirik. Yeni qaydalar, şagirdlərin gələcək həyat yolunun seçiminə, tədrisin keyfiyyətinin artırılmasına, tədris sistemində formallığın azaldılmasına və nəticə etibarilə təhsil sisteminin buraxdığı məhsulun keyfiyyətinin qaldırılmasına xidmət edəcək”.

 

M.Cabbarov qeyd edib ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə IX-XI siniflərdə istər attestatların, istərsə də şəhadətnamələrin verilməsi bütün mərhələlərdə təmin olunur. Onun sözlərinə görə, bu nöqteyi-nəzərdən biz bu məsələlərdə liberal yanaşmanın tərəfdarıyıq: “Amma bu, təbii olaraq təhsilin keyfiyyətinin azaldılması hesabına həyata keçirilə bilməz. Təhsil sistemi keyfiyyətli təhsil vermək üçün xidmət etməlidir. Qərarın arxasında duran fəlsəfə də budur və başqa bir fəlsəfə yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR