Bank Of Baku

Təhsil naziri Azərbaycanda orta məktəb dərsliklərinin hazırlanması ilə bağlı tətbiq ediləcək yenilikləri açıqlayıb

Təhsil naziri Azərbaycanda orta məktəb dərsliklərinin hazırlanması ilə bağlı tətbiq ediləcək yenilikləri açıqlayıb
# 31 may 2013 09:16 (UTC +04:00)

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib ki, orta məktəb dərsliklərinin hazırlanması prosesində texnoloji dəyişikliklər baş verəcək. Nazirin sözlərinə görə, hazırkı praktikaya əsasən, dərsliklər, xüsusilə yeni kurrikulum əsasında hazırlanan dərsliklər tədris ilinin başlanmasına çox qısa bir müddət qalmış çapa  təhvil verilir. O, buna misal kimi növbəti tədris ili üçün nəzərdə tutulmuş 6-cı sinif dərsliklərinin hələ də hazırlanması prosesinin davam etdiyini göstərib: “Təbii olaraq dərsliklərin belə qısa müddət ərzində hazırlanması ilk növbədə müəllimlər üçün tədris prosesində çətinliklər yaradır. Onlar yeni dərsliklərlə tanış olmaq üçün kifayət qədər vaxt əldə etmirlər. Bunun nəticəsində istənilən texniki və digər mexaniki səhvlərin aradan qaldırılması üçün demək olar ki, kifayət qədər vaxt qalmır. Ona görə də biz hesab edirik ki, bu təcrübə dəyişilməlidir. Dərsliklərin hazırlanması ən azı, bir tədris ilində başa çatmalıdır. Ondan sonra çox güman ki, müəyyən pilot məktəblər və siniflər müəyyənləşdirilməlidir. Hazırlanacaq dərslik ümumi istifadəyə verilməmişdən öncə həmin pilot məktəblərdə və siniflərdə bir il sınaqdan keçirilməlidir. Dərslik hazırlanması ilə məşğul olan mütəxəssislərin və ekspertlərin işi mükəmməl səviyyədə, müvafiq zaman ərzində, vaxt məhdudiyyəti olmadan keyfiyyətlə həyata keçirilməlidir. Amma bu vaxt tələb edəcək. Təbii olaraq, bunun bu tədris ilində reallaşması qeyri-mümkündür. Çünki artıq tədris ilinin sonudur. Amma gələcəkdə, 2014-cü tədris ilinin əvvəlindən biz bu prosesi tətbiq etmək niyyətindəyik”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR