Şirvan. Əlibəy Zeynallı - APA. Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Şirvanda vətəndaşları qəbul edib .
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, nazir Şirvan şəhərində Şirvan, Salyan, Hacıqabul, Neftçala, Sabirabad, Saatlı, İmişli, Kürdəmir və Beyləqan rayon sakinləri üçün vətəndaş qəbulu keçirib.
Qəbula gələn sakinlər əsasən işlə təmin olunmaq, diplomların tanınmasında yaranmış problemlər, xaricdə təhsil, yeni məktəblərin tikilməsi, məktəb təmiri ilə əlaqədar müraciətlər edib. M.Cabbarov bəzi problemləri yerində həll edib, digər problemlərin həlli haqqında göstərişlər verib.