Bank Of Baku

Təhsil naziri Misir Mərdanov 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qonağı olub - FOTO

Təhsil naziri Misir Mərdanov 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qonağı olub - <span style="color: red;">FOTO
# 14 fevral 2013 12:54 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəvəti ilə təhsil naziri Misir Mərdanov 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qonağı olub. APA-nın xəbərinə görə, Misir Mərdanov “ASAN xidmət” mərkəzinin binası və fəaliyyəti ilə tanış olub.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov qonağa mərkəzin gördüyü işlər barədə ətraflı məlumat verib. O bildirib ki, mərkəz operativlik, etik davranış, rahatlıq və şəffaflığın daxil olduğu 4 prinsip əsasında fəaliyyət göstərir. İ. Kərimovun sözlərinə görə, “ASAN xidmət” mərkəzində Binəqədi, Nəsimi və Nərimanov rayon sakinləri 9 dövlət orqanının 23 xidmətindən yararlana bilər. İlin sonuna qədər ən azı Bakı, Bakının bütün rayonları, Gəncə, Sumqayıt şəhərləri tam şəkildə əhatə olunacaq. Bununla da ölkə əhalisi bu mərkəzin xidmətlərindən asan şəkildə istifadə edə biləcəklər”.

 

Təhsil naziri Misir Mərdanov da ölkədə belə bir mərkəzin yaradılmasını yüksək qiymətləndirib. Onun sözlərinə görə, yeni yaradılan bu sistem vətəndaşların mövcud problemlərini asan yolla həll etməyə şərait yaradacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR