Bank Of Baku

Təhsil naziri Şirvan şəhərində vətəndaşların qəbulunu keçirəcək

Təhsil naziri Şirvan şəhərində vətəndaşların qəbulunu keçirəcək
# 20 may 2013 12:56 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi Şirvan şəhərində, Salyan, Neftçala, Biləsuvar, Saatlı, Sabirabad, İmişli, Hacıqabul və Kürdəmir rayonlarında yaşayan vətəndaşlarına müraciət edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, mayın 25-i saat 10:00-da təhsil naziri Mikayıl Cabbarov Şirvan şəhər Mərkəzi Mədəniyyət Evində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Şirvan şəhərində və Salyan, Neftçala, Biləsuvar, Saatlı, Sabirabad, İmişli, Hacıqabul, Kürdəmir rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna və ya [email protected] elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR