Bank Of Baku

Təhsil naziri Yaponiyanın Azərbaycandakı səfirini qəbul edib

Təhsil naziri Yaponiyanın Azərbaycandakı səfirini qəbul edib
# 05 sentyabr 2013 11:45 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Təhsil naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabeni qəbul edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanla Yaponiya arasında təhsil sahəsində birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

 

Təhsil naziri birgə layihələrin həyata keçirilməsində, xüsusilə də Şəki şəhəri 1 nömrəli Peşə Məktəbinin əsaslı təmiri, maddi-texniki bazasının yenilənməsi işində Yaponiyanın maliyyə yardımını və müvafiq mütəxəssislərinin dəstəyini yüksək qiymətləndirib.

 

Görüşdə, həmçinin ölkələr arasında təhsil sahəsindəki əməkdaşlığın gələcək istiqamətləri ilə bağlı bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR