Bakı. Ramil Məmmədli – APA. “Yerli məktəblərdə oxuyan şagirdlərin məcburi köçkün məktəblərinə köçürülməsi, bəzi istisnalarla qadağandır”.
Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, şagirdlərin yerdəyişməsi Təhsil Nazirliyi tərəfindən təsdiq olunan qaydalarla tənzimlənir: “Həmin qaydalara görə, yerli məktəblərdə oxuyan I-XI sinif şagirdlərinin məcburi köçkün məktəblərinə yerdəyişməsi, bəzi istisnalar (həmin ərazidə yerli məktəbin olmaması) nəzərə alınmaqla, qadağandır. Yerdəyişmə ilə əlaqədar bu cür müraciətlər, əsasən, Təhsil Nazirliyinə ünvanlanır və burada baxılıb cavablandırılır”.
Nazirlikdən ali təhsil müəssisələrinin köçürülməsi məsələsinə də münasibət bildirilib: “Hazırda hər hansı ali təhsil müəssisəsinin şəhərdən kənara köçürülməsi məsələləri nəzərdə tutulmayıb”.