Bank Of Baku

Təhsil Nazirliyi: Azərbaycanda ümumtəhsil məktəbinin 83%-i kompüter avadanlığı ilə təmin olunub

Təhsil Nazirliyi: Azərbaycanda ümumtəhsil məktəbinin 83%-i kompüter avadanlığı ilə təmin olunub
# 12 dekabr 2012 14:48 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı - APA. Cari ilin sonunda “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın icrası başa çatır.

 

Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov APA-ya açıqlamasında deyib ki, bu illər təhsildə İKT-nin tətbiqi ilə bağlı mühüm işlər görülüb. O bildirib ki, dövlət proqramları çərçivəsində təhsil müəssisələrinə 37 242 ədəd stolüstü kompüter, 2 743 ədəd noutbuk və 2 679 ədəd proyektor paylanıb, təhsil müəssisələri 300-ə yaxın interaktiv lövhələr ilə təchiz edilib.

 

Dövlət proqramı çərçivəsində Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində, habelə 60-a yaxın rayonda yerləşən təhsil müəssisələrində kompüterlərə texniki dəstək xidməti göstərilib. Nəticədə respublikanın 4 522 ümumtəhsil məktəbinin 83%-i, 110 texniki-peşə müəssisəsinin 84%-i, 56 dövlət orta ixtisas təhsil müəssisəsi kompüter avadanlığı ilə təmin olunub. Hazırda ümumtəhsil müəssisələrində V-XI siniflər üzrə 20 şagirdə 1 kompüter, dövlət ali məktəblərində isə hər 28 tələbəyə 1 kompüter düşür. Təhsil müəssisələrində yerləşən kompüter avadanlıqları 32 000 lisenziyalı proqram və 15 000 ədəd kompüter lisenziyalı antivirus paketi ilə təmin olunub. Hazırda 1700 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə və İnternetə qoşulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR