Bank Of Baku

Təhsil Nazirliyi: Qiyabi təhsilin ləğv edilməsi barədə məsələ müzakirəyə çıxarılmayıb

Təhsil Nazirliyi: Qiyabi təhsilin ləğv edilməsi barədə məsələ müzakirəyə çıxarılmayıb
# 31 avqust 2013 14:33 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi növbəti dəfə qiyabi təhsilin ləğvi məsələsinə aydınlıq gətirib. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən təhsil alma formalarından biri də qiyabi təhsil alma formasıdır və onun ləğv edilməsi barədə məsələ müzakirəyə çıxarılmayıb.

 

Distant təhsilin tətbiqi ilə bağlı məsələyə gəlincə, qeyd olunub ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təhsil alma formalarından biri də distant təhsildir. Lakin tədrisin distant formada təşkilinin mexanizmi yaradılmadığından respublikanın ali təhsil müəssisələrində distant təhsilalma forması tətbiq edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR