Bank Of Baku

Təhsil Nazirliyi akkreditasiya sistemində tətbiq edəcək yeni elektron xidməti sınaqdan keçirir

Təhsil Nazirliyi akkreditasiya sistemində tətbiq edəcək yeni elektron xidməti sınaqdan keçirir
# 26 dekabr 2012 12:18 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi akkreditasiya sistemində tətbiq edəcək yeni elektron xidməti sınaqdan keçirir. Bu barədə APA-ya açıqlamasında Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev deyib. O bildirib ki, hazırda akkreditasiyadan keçəcək təhsil müəssisələrinin sənədlərini nazirliyə elektron yolla təqdim etməsi istiqamətdə iş aparılır: “Hələ ki yeniliklər üzərində iş gedir. İlkin variantlar, sistemə nəyin necə daxil olması müəyyənləşdirilir. Bundan əlavə, bu yeniliklərdən kimlər hansı formada istifadə edə biləcəyi, kimlərə qadağaların qoyulacağı və digər bu kimi proseslər müəyyən olunacaq. Bu prosesin nə vaxta yekunlaşacağı dəqiq bilinmir. Bu sahə ilə məşğul olan mütəxəssislər tərəfindən yekun rəy veriləndən sonra biz də işlərimiz ona uyğun formalaşdıracağıq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR