Bank Of Baku

Təhsil Nazirliyi nəzdində “Təlim, tədris, imtahan mərkəzi” yaradılır

Təhsil Nazirliyi nəzdində “Təlim, tədris, imtahan mərkəzi” yaradılır
# 29 dekabr 2012 13:19 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Misir Mərdanov bəzi təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. APA-nın xəbərinə görə, bu tapşırıqlar təhsil nazirinin kollegiya qərarının icrası barədə verdiyi əmrdə öz əksini tapıb. Əmrdə qeyd olunur ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin, bu proseslə əlaqədar təlimlərin, seminarların və digər metodiki işlərin keçirilməsi məqsədilə Təhsil Nazirliyinin tabeliyində müasir infrastruktura malik “Təlim, tədris, imtahan mərkəzi”nin yaradılması istiqamətində təklifləri hazırlayıb rəhbərliyə təqdim etsinlər. Əmrə əsasən, hər tədris ilində müəllimlərin işə qəbulunun nəticələrini, o cümlədən rəhbərlik etdikləri təhsil müəssisələrinin işə qəbul üzrə göstəricilərini təhlil etmək və fəaliyyətlərində nəzərə almaq lazımdır.

 

Yerli təhsili idarəetmə orqanlarının və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin və peşə liseylərinin rəhbərləri isə hər tədris ili başa çatdıqdan sonra 10 gün ərzində vakant yerlər barədə məlumatı müəyyən olunmuş forma üzrə Nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə təqdim etməlidir. Əmrdə müsabiqə yolu ilə işə qəbul olunmuş müəllimlərlə əmək müqavilələrinin vaxtında bağlanmasını təmin etmək və həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərdə işə başlayanların ən azı 3 il, digər yerlərə işə qəbul olunanların isə ən azı 1 il işlədikdən sonra iş yerini dəyişmək barədə müraciət etməsinə icazə verildiyini əmək müqaviləsinə əlavə etmək tapşırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR