Bank Of Baku

Təhsil Nazirliyi yekun dövlət attestasiyasının nəticələrinin təhlilini davam etdirir

Təhsil Nazirliyi yekun dövlət attestasiyasının nəticələrinin təhlilini davam etdirir
# 26 avqust 2013 15:15 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Təhsil Nazirliyi 2012-2013-cü dərs ilinin və təhsil alanların yekun dövlət attestasiyasının nəticələrinin təhlilini davam etdirir.

 

APA-nın Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ötən tədris ilində ilk dəfə olaraq orta məktəblərin bütün 11-ci sinif şagirdlərinə buraxılış imtahanının qiymətindən asılı olmayaraq, yekun dövlət attestasiyasının nəticələrinə görə attestatın verilməsi qərara alınıb. Bu il buraxılış imtahanlarında 2 qiyməti almış 128 məzun qəbul imtahanlarında uğurlu nəticələr göstərərək ali məktəblərə qəbul olunub. Onların arasında I ixtisas qrupu üzrə 350, II ixtisas qrupu üzrə 301, III ixtisas qrupu üzrə 559, IV ixtisas qrupu üzrə 330 bal toplamış abituriyentlər də var.

 

Təhsil Nazirliyi, həmçinin ötən dərs ilində qızıl və gümüş medallarla təltif olunan şəxslərin qəbul imtahanlarında göstərdiyi nəticələrinin də təhlilini aparıb. Belə ki, 248 medalçıdan 3 nəfəri (1%) 700 bal, 145 nəfəri (58%) 600-699 bal, 49 nəfəri (20%) 500-599 bal, 22 nəfəri (9%) 400-499 bal, 12 nəfəri (5%) 200-399 bal, 1 nəfəri 140 bal toplayıb.

 

16 nəfər (6,5%) isə xarici ölkələrin (ABŞ, Türkiyə və Niderland) nüfuzlu ali məktəblərinin tələbəsi adına layiq görülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR