Bank Of Baku

Təhsil Nazirliyi yeni müsabiqəyə başlayır

Təhsil Nazirliyi yeni müsabiqəyə başlayır
# 14 oktyabr 2013 17:30 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi ictimai təşəbbüslərin dəstəklənməsi üzrə yeni layihə müsabiqəsinə başlayır. Nazirlikdən APA-ya verilən xəbərə görə, Təhsil Nazirliyi vətəndaş cəmiyyəti institutları və ayrı-ayrı tədqiqatçılarla təhsil sahəsində mövcud olan problemlərin araşdırılması və həlli yönündə sıx əməkdaşlığın qurulmasını əsas prioritet istiqamətlərindən biri hesab etdiyindən müvafiq layihələrin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir.

 

Təhsil nazirinin əmrinə əsasən təşkil olunacaq “İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi”ndə iştirak üçün layihələrin qəbulu elan edilib. Müsabiqədə iştirak etmək istəyənlər noyabrın 20-dək müvafiq təkliflərini ənənəvi şəkildə və ya elektron poçt ([email protected]) vasitəsilə təqdim edə bilər.

 

Qeyd edək ki, ictimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsində iştirak üçün göstərişlər nazirliyin saytında yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR