Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda müəllimlər üçün yeni kitab hazırlanıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, “Müəllimlər üçün sosial servislər” adlı kitabın müəllifləri Multimedia Mərkəzinin direktoru Osman Gündüz və nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin şöbə müdiri Ramin Süleymanovdur.
Təhsil Nazirliyi tərəfindən metodiki tədris vəsaiti kimi tövsiyə olunan kitabda internet texnologiyalarından, sosial media alətlərindən təhsil məqsədləri üçün effektiv istifadə mexanizmləri və müxtəlif sosial media alətlərinin pedaqoji imkanları haqqında məlumatlar verilib. Bu kitab informasiya texnologiyalarından, xüsusilə də sosial media alətlərindən istifadə etməklə tədris prosesini daha effektiv qurmaq istəyən müəllimlər üçün nəzərdə tutulub.