Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyində məktəbdaxili qiymətləndirmə ilə bağlı seminar-müşavirə keçirilib. APA-nın xəbərinə görə, təhsil naziri Misir Mərdanov məktəbdaxili qiymətləndirmə ilə bağlı son dövrlərdə nazirlikdə bir neçə tədbirin keçirildiyini və bu məsələnin geniş müzakirə olunduğunu xatırladıb.
Təqdimat-məruzə ilə çıxış edən Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva bildirib ki, 12 oktyabr 2012-ci il tarixində Təhsil Nazirliyində “Məktəbdaxili qiymətləndirmə: problemlər perspektivlər” mövzusunda keçirilən müşavirənin nəticəsi olaraq işçi qrup tərəfindən “Ümumi təhsil məktəblərində qiymətləndirmənin aparılması barədə təlimat” hazırlanıb. Təlimatın ümumi müddəalarını diqqətə çatdıran şöbə müdiri qeyd edib ki, məktəbdaxili qiymətləndirmə diaqnostik, formativ, summativ qiymətləndirmələrdən ibarətdir.
Təqdimat başa çatdıqdan sonra mövzu ətrafında geniş müzakirələr aparılıb.