Bank Of Baku

Təhsil Şurası dərslikləri qiymətləndirmə komissiyasının sədr və tərkibinin dəyişdirilməsini təklif edir

Təhsil Şurası dərslikləri qiymətləndirmə komissiyasının sədr və tərkibinin dəyişdirilməsini təklif edir
# 07 dekabr 2012 10:21 (UTC +04:00)

 

 

Bakı. Könül Kamilqızı-APA. “Bugünkü dərsliklər mürəkkəb və ağır olduğundan şagirdlər onun öhdəsindən gələ bilmir. Problemin səbəbi isə dərslikləri yazan bəzi müəlliflərin məktəbdən, ümumiyyətlə pedaqogikadan xəbərsiz olmasıdır”. Bu açıqlamanı APA-ya açıqlamasında Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev deyib. O bildirib ki, pedaqogikanın dərsliklərlə bağlı müəyyən tələbləri var. Amma bəzi müəllimlərin onlardan xəbərsiz olduğunu deyən Təhsil Şurasının sədri vurğulayıb ki, əgər dərslik uşağın anlamına və yaş səviyyəsinə uyğun deyilsə, o, qəbul oluna bilməz: “Misal olaraq deyə bilərəm ki, I sinfin riyaziyyat dərsliyinin müəllifi Naimə Qəhrəmanova Politexnik Universitetini bitirib və ixtisasca mühəndisdir. Ona görə də onun hazırladığı dərslik tap-tapmacadır. Burada uşağın idrakını, şəxsiyyətini inkişaf etdirən heç bir amil yoxdur. Bu kitab nə şəxsiyyət yönümlüyə, nə də nəticə yönümlüyə xidmət edir. Dərsliyi bu cür hazırlamaq xəyanətdir”.

 

Ə. Ağayev bu problemin qarşısını almaq üçün bir sıra təkliflər irəli sürüb. Onun sözlərinə görə, dərsliklər ilk növbədə pedaqoji təhsilli, məktəblə əlaqəsi olan, elmi fəaliyyətlə məşğul olanlar tərəfindən yazılmalıdır: “Bundan əlavə, dərsliklər hazırlanarkən uşaqların yaş səviyyəsi nəzərə alınmalı, nəzəri və praktik materiallar elə aşkar səviyyədə ortaya qoyulmalıdır ki, şagirdlər və müəllimlər tərəfindən başa düşülsün. Dərsliklərin hazırlanması və təhsilin qurulması üçün fizioloji, psixoloji və pedaqoji yanaşmalar nəzərə alınmalıdır. Çətin dərslik yazan, pedaqoji təhsili və bu sahədən anlayışı olmayan insanlar dərslik müəllifliyindən uzaqlaşdırılmalıdır. Dərslikləri qiymətləndirmə komissiyasının sədri və tərkibi dəyişdirilməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR