Bank Of Baku

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Qırğızıstan-Türkiyə Manas Universitetinə müsabiqə elan edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Qırğızıstan-Türkiyə Manas Universitetinə müsabiqə elan edib
# 23 avqust 2013 14:15 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Qırğızıstan-Türkiyə Manas Universitetində təhsil almaq istəyən abituriyentlər üçün psixologiya, sosologiya, kompyuter mühəndisliyi, iqtisadiyyat və turizm ixtisaslarına müsabiqə elan edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, kompyuter mühəndisliyi və psixologiya ixtisasları üzrə müsabiqədə I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında  ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. 


Sosiologiya, iqtisadiyyat və turizm ixtisasları üzrə müsabiqədə isə Azərbaycan Respublikası ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə  keçirilən qəbul imtahanında  ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. 

 

Müsabiqədə iştirak etmək istəyənlər avqustun 26-dan 30-dək TQDK-ya müraciət edə bilərlər. Müsabiqədən uğurla keçən 10 abituriyent Manas universitetində dövlət sifarişi əsasında təhsil alacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR