Bank Of Baku

TQDK ali təhsil müəssisələrinin boş qalan yerlərinə və orta ixtisas təhsil müəssisələrinə qəbul olan abituriyentlərə müraciət edib

TQDK ali təhsil müəssisələrinin boş qalan yerlərinə və orta ixtisas təhsil müəssisələrinə qəbul olan abituriyentlərə müraciət edib
# 29 avqust 2013 14:14 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. TQDK ali təhsil müəssisələrinin boş qalan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsil müəssisələrinə qəbul olan abituriyentlərə müraciət edib.

 

Bu barədə APA-ya TQDK-nın mətbuat xidmətindən məlumat verilib. 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin boş qalan yerlərinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər sentyabrın 4-dək qəbul olduqları təhsil müəssisələrində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər qeydiyyat üçün tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər. Qeyd olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri müvafiq təhsil müəssisəsinə  göndərilməyəcək.  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR