Bank Of Baku

TQDK Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul aparır

TQDK Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul aparır
# 30 iyul 2013 13:53 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə  Qəbulu üzrə Dövlət Komissiyası Dövlət Sərhəd Xidməti Akademiyasının müraciətinə əsasən, həmin təhsil müəssisəsində təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edir. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müsabiqədə  I ixtisas qrupu üzrə test imtahanında iştirak etmiş və ümumi balı 250 və daha yüksək  olan abituriyentlər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyənlər iyulun 31-dən avqustun 6-dək Dövlət Sərhəd Xidməti Akademiyasına müraciət etməlidirlər.  

 

Qeyd edək ki, müsabiqə nəticəsində Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olanlar mülki ali məktəblərin müsabiqəsində iştirak etmək hüququnu itirirlər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR