Bakı. Kəmalə Quliyeva-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Vergilər Nazirliyi ilə birgə dekabrın 2-də vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün keçirdiyi test imtahanının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanda iştirakı nəzərdə tutulan 2138 nəfər namizəddən 421 nəfəri imtahanda iştirak etməyib, 1 nəfər isə imtahan qaydaların pozduğu üçün (mobil telefon keçirməyə cəhd) imtahandan uzaqlaşdırılıb. İmtahanda iştirak edən 1716 nəfər namizəddən 541 nəfər müsabiqə şərtini ödəyərək ikinci mərhələyə keçib.
İmtahanda ən yüksək nəticə 96 bal olub. Qeyd edək ki, imtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılırlаr.