Bank Of Baku

TQDK Gülhanə Hərbi Tibb Akademiyasının gizir feldşer məktəbinə qəbul olmaq istəyən abituriyentlər üçün müsabiqə keçirir

TQDK Gülhanə Hərbi Tibb Akademiyasının gizir feldşer məktəbinə qəbul olmaq istəyən abituriyentlər üçün müsabiqə keçirir
# 01 avqust 2013 14:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan ilə Türkiyə Respublikası arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xətti ilə 2013/2014-cü tədris ili üçün Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasının gizir feldşer məktəbinə (orta ixtisas məktəbinə) iki illik təhsil proqramı üzrə müsabiqə elan edilir. 

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, müsabiqədə bu il IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 300-dən yüksək bal toplamış oğlan abituriyentlər iştirak edə bilərlər. Müsabiqədə iştirak edənlər arasından 1 nəfər gəncin seçilib iki il müddətinə Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasının gizir feldşer məktəbinə (orta ixtisas məktəbinə) göndərilməsi nəzərdə tutulub.


Müsabiqədə iştirak etmək istəyənlər avqustun 2-dən 7-dək hər gün (bazar günü istisna olmaqla) saat 10-dan 17-dək TQDK-ya müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR