Bank Of Baku

TQDK I, III və IV sinif dərsliklərinin monitorinqini başa çatdırıb

TQDK I, III və IV sinif dərsliklərinin monitorinqini başa çatdırıb
# 28 dekabr 2012 14:30 (UTC +04:00)

 

Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ibtidai sinif müəllimlərinin elmi-metodiki seminar iclaslarında respublikanın ümumtəhsil məktəblərinin I, III və IV siniflərində istifadədə olan “Azərbaycan dili” (təlim Azərbaycan dilində olan məktəblər üçün), “Riyaziyyat” və “Rus dili” (təlim rus dilində olan məktəblər üçün) dərsliklərinin və müəllim üçün metodiki vəsaitlərin elmi-metodiki monitorinqi başa çatıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ekspert şuralarında bu dərsliklərlə bağlı TQDK-ya daxil olmuş qeydlər, iradlar və təkliflər əsasında yekun rəylər hazırlanıb. Hazırda həmin rəylər dərslik müəllifləri ilə birgə müzakirə edilir. Yeni ildə ekspert şuralarının dərsliklərlə bağlı yekun qərarları açıqlanacaq.


Yanvar ayında isə “Həyat bilgisi”, “İnformatika”, “Texnologiya”, “Azərbaycan dili” (təlim rus dilində olan məktəblər üçün), “Rus dili” (təlim Azərbaycan dilində olan məktəblər üçün), “İngilis dili”, “Alman dili”, “Fransız dili” , “Musiqi”, “Fiziki tərbiyə” fənləri üzrə dərslik və müəllim üçün metodiki vəsaitlərin elmi-metodiki monitorinqi aparılacaq. Eyni zamanda bütün fənlər üzrə V-XI siniflər üçün istifadədə olan dərsliklərin elmi-metodiki monitorinqinə başlanacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR