Bank Of Baku

TQDK imtahanlarda iştirak edəcək məhdud fiziki imkanlı insanlar üçün yenilik edib

TQDK imtahanlarda iştirak edəcək məhdud fiziki imkanlı insanlar üçün yenilik edib
# 09 aprel 2013 14:43 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) əvvəlki illərdə olduğu kimi cari ildə də sınaq və qəbul imtahanlarında iştirak etmək istəyən məhdud fiziki imkanlı insanlar üçün imtahan zamanı zəruri şərait yaradacaq. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bunun üçün xüsusi kateqoriyaya aid olan bu insanlar müvafiq təsdiqedici sənədləri komissiyaya və ya Sənəd Qəbulu Komissiyalarına təqdim etməli və qeydiyyatdan keçməlidirlər. Əvvəlki illərdən fərqli olaraq məhdud fiziki imkanlı insanlar TQDK-ya və ya Sənəd Qəbulu Komissiyalarına şəxsən müraciət etmədən də qeydiyyatdan keçə bilərlər. Qeydiyyatın aparılması üçün TQDK-nın internet saytında xüsusi səhifə (tqdk.gov.az/mfii) açılıb. İştirak edəcəyi imtahanların növündən və sayından asılı olmayaraq bu şəxslərin cəmi bir dəfə qeydiyyatdan keçmələri kifayətdir. 


Qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsinin nömrəsini və Pin kodunu, tələb olunan digər məlumatları elektron formanın müvafiq sahələrinə daxil etmək və məhdud fiziki imkan faktını təsdiq edən sənədin scan edilmiş surətini (jpeg faylını) elektron formaya qoşmaq lazımdır. Qeydiyyatdan keçmiş şəxslər imtahana gələn zaman digər tələb olunan sənədlərlə yanaşı əlilliyi təsdiq edən sənədin əslini də mütləq özləri ilə gətirməlidirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR