Bank Of Baku

TQDK mayın 26-da cari ildə sonuncu sınaq imtahanı keçirəcək

TQDK mayın 26-da cari ildə sonuncu sınaq imtahanı keçirəcək
# 24 may 2013 10:50 (UTC +04:00)

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanda iştirak etmək üçün 40524 abituriyent qeydiyyatdan keçib. İmtahan 56 imtahan mərkəzində keçiriləcək. İmtahanın idarə olunması üçün 180 imtahan rəhbəri, 741 nəzarətçi-müəllm ayrılıb.

 

İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaq. İmtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələrin gətirilməsi qəti qadağandır.

 

Qeyd edək ki, cari ildə indiyədək 6 sınaq imtahanı keçirilib. Bu imtahanlarda ümumilikdə 154380 abituriyent iştirak edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR