Bank Of Baku

TQDK sağlamlıq imkanları məhdud şagirdlərlə bağlı yenidən müraciət edib

TQDK sağlamlıq imkanları məhdud şagirdlərlə bağlı yenidən müraciət edib
# 13 may 2014 08:49 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rayon (şəhər) təhsil şöbələrinin əlaqələndiricilərinə yenidən müraciət edib.

 

TQDK-nın mətbuat xidmətindən  APA-ya verilən məlumata görə, sağlamlıq imkanları məhdud şagirdlər haqqında məlumatların “Şagird-məzun” sistemində qeyd edilməsi və təhsil müəssisələri tərəfindən psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında sağlamlıq imkanları məhdud şagirdlərin siyahısının TQDK-ya təqdim edilməsi prosesi mayın 15-də sona çatır. Şəhər (rayon) təhsil şöbələri əlaqələndiricilərindən xəstəliyinə görə buraxılış imtahanından azad edilməli olan şagirdlərin siyahısını həmin tarixədək TQDK-ya təqdim etmək xahiş olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR