Bank Of Baku

TQDK sədri: “Monitorinq imtahanlarından əvvəl şagirdlərin hazırlıq məqsədilə hər hansı imtahanda iştirak etməsinə ehtiyac yoxdur”

TQDK sədri: “Monitorinq imtahanlarından əvvəl şagirdlərin hazırlıq məqsədilə hər hansı imtahanda iştirak etməsinə ehtiyac yoxdur”
# 15 fevral 2013 10:38 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu il Azərbaycanda orta məktəblərin şagirdləri arasında monitorinq imtahanlarının yalnız V, IX və XI siniflərdə keçirilməsi nəzərdə tutulur. APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib. TQDK sədri bildirib ki, bu siniflərdə monitorinq imtahanların müəyyən fənlərdən keçirilməsi planlaşdırılır: “Ancaq bu il digər siniflərdə də monitorinq imtahanları keçirilə bilər. Aprel-may aylarında keçiriləcək monitorinq imtahanları bütün ölkə üzrə təşkil olunmayacaq. Bu imtahan yalnız seçilmiş müxtəlif orta məktəblərdə keçiriləcək. Monitorinq imtahanının keçirilməsi üçün rayon, şəhər, uzaq kənd məktəbləri seçiləcək. Bununla da müxtəlif məktəblər və siniflər üzrə şagirdlərin biliyi yoxlanılacaq”.

 

Komissiya sədri monitorinq imtahanlarına hazırlıq adı ilə məktəblərdə müxtəlif test imtahanlarının keçirilməsinə də aydınlıq gətirib: “Rayon təhsil şöbələri və məktəblərin özləri tərəfindən keçirilən hər hansı test imtahanının TQDK-ya heç bir aidiyyatı yoxdur. Bizə məlumatlar daxil olur ki, bəzi məktəblərdə test imtahanları keçirilir və deyilir ki, guya bu imtahanlar TQDK tərəfindən keçirilir. Bu, belə deyil. Monitorinq imtahanlarını biz yalnız aprel-may aylarında keçirəcəyik. Monitorinq imtahanlarından əvvəl şagirdlərin hazırlıq məqsədilə hər hansı imtahanda iştirak etməsinə isə ehtiyac yoxdur”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR