Şirvan. Əlibəy Zeynallı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Şirvan şəhərində vətəndaşları qəbul edib.
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, qəbuldan əvvəl Məleykə Abbaszadə TQDK-nın Şirvan Regional Bölməsinin açılış mərasimində iştirak edib, Şirvan şəhərinin pedaqoji ictimaiyyəti ilə görüşüb. Görüşdə təhsil, dərsliklər və ali məktəblərə qəbul prosesinin keçirilməsi mövzusunda fikir mübadiləsi aparılıb.
Daha sonra TQDK sədri Şirvan, Saatlı, Sabirabad, Hacıqabul, Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib. Bəzi vətəndaşların müraciətlərinə qanunvericilik çərçivəsində apellyasiya komissiyasında baxılacağı bildirilib.