Bank Of Baku

TQDK sədrinin bölgələrdə keçirilən vətəndaşların qəbuluna qeydiyyatın aparılması üçün veb-səhifə yaradılıb

TQDK sədrinin  bölgələrdə keçirilən vətəndaşların qəbuluna qeydiyyatın aparılması üçün veb-səhifə yaradılıb
# 24 avqust 2013 12:47 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin bölgələrdə keçirilən vətəndaşların qəbuluna qeydiyyatın aparılması üçün TQDK-nın saytında səhifə yaradılıb.

 

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qeydiyyat səhifəsinə daxil olmaq üçün şəxsiyyət vəsiqəsinin nömrə və PİN kodunu müvafiq sahələrə daxil edib «Növbəti» düyməsini basmaq lazımdır. Növbəti səhifədə qeydiyyatdan keçmək üçün elektron formada nəzərdə tutulan məlumatları müvafiq sahələrə daxil etmək və «Qeydiyyata al» düyməsini basmaqla qeydiyyatdan keçmək lazımdır.

 

Qeydiyyat qəbul tarixindən bir gün əvvəl saat 18:00-dək aparılır. Şəxsiyyət vəsiqəsinin nömrəsi və PİN kodu vəsiqənin fotoşəkil olan tərəfində yerləşir. Vəsiqənin nömrəsi 8 rəqəmdən, PİN kod isə 7 simvoldan («I» və «O» hərfləri istisna olmaqla ingilis əlifbasının hərflərindən və rəqəmlərdən) ibarətdir. Vəsiqənin PİN kodunu axırıncı sətirdə çap edilmiş son 8 simvolun ilk yeddisi təşkil edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR