ETSN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin məqsədi Azərbaycan və Türkiyə Hökumətləri arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq məsələlərinin müzakirə edilməsidir. Səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüşü nəzərdə tutulur.
Səfər zamanı ətraf mühitin mühafizəsi sahəsində ümumi əməkdaşlıq məsələləri, su ehtiyatlarının və meşələrin idarə olunmasının günün tələbləri səviyyəsində təşkili və birgə layihələrin həyata keçirilməsi, Xəzər və Qara dənizlərin ətraf mühitinin qorunması, həmçinin 25 oktyabr 2011-ci il tarixində Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış meşə təsərrüfatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumundan irəli gələn məsələlərin müzakirəsi planlaşdırılır.
Bundan əlavə, səfər zamanı nümayəndə heyətinin 11-13 aprel 2013-cü il tarixlərində “Bakı Ekspo” mərkəzində təşkil olunacaq Xəzər Beynəlxalq Su Texnologiyaları (“CATEF-2013”) sərgi və forumunda iştirakı da nəzərdə tutulur.