Bank Of Baku

Türkiyənin təhsil naziri: “Qafqaz bölgəsi təhsil sistemi ilə bağlı gələcək strategiyasını indidən müəyyənləşdirməlidir”

Türkiyənin təhsil naziri: “Qafqaz bölgəsi təhsil sistemi ilə bağlı gələcək strategiyasını indidən müəyyənləşdirməlidir”
# 21 may 2013 08:29 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. “Qafqaz regionunda 10 ölkədən 60 ali məktəbin təhsil strategiyası ilə bağlı səylərini birləşdirməsi bölgənin gələcəyi üçün mühüm rol oynayacaq”. APA-nın məlumatına görə, bunu Türkiyənin təhsil naziri Nabi Avcı Bakıda keçirilən Qafqaz Universitetləri Birliyinin III konqresindəki çıxışında deyib. O bildirib ki, Qafqaz Universitetləri Birliyi bölgə ali məktəblərinin əməkdaşlığı ilə yanaşı, regional təhlükəsizlik və stabillik üçün zəruridir: “Bu sistem bölgə üçün ümumi kadrların hazırlanmasına və iqtisadi inkişafa da xidmət edir. Kadrların hazırlanmasının Qafqaz regionu üçün strateji əhəmiyyəti var”.

 

N. Avcı deyib ki, Qafqaz bölgəsi təhsil sistemi ilə bağlı gələcək strategiyasını indidən müəyyənləşdirməlidir. Bu, dünyada stabilliyə öz töhfəsini verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR