Bank Of Baku

Ucar rayonuna yağan güclü yağış problemlər yaradıb, rayona elektrik enerjisinin verilişi dayandırılıb

Ucar rayonuna yağan güclü yağış problemlər yaradıb, rayona elektrik enerjisinin verilişi dayandırılıb
# 20 may 2013 10:53 (UTC +04:00)

Ucar Elektrik Şəbəkəsinin baş mühəndisi Bahadur Faxrədovun APA-ya verdiyi məlumata görə, güclü yağış nəticəsində yüksək gərginlikli yarımstansiyaya yağış suları dolub. Bir neçə işıq dirəyi aşıb, transformatorlar yanaraq sıradan çıxıb, elektrik xətlərində qırılmalar baş verib. Hazırda şəbəkənin əməkdaşları ərazidə təmir-bərpa işləri aparırlar.

 

Ucar rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən məlumata görə, ən çox yağıntı rayonun Müsüslü kəndinə düşüb. Evləri su basmaq təhlükəsi yarandığından ərazidə qabaqlayıcı tədbir görmək məqsədilə işlər aparılır. Bundan başqa, əkin sahələrinə, meyvə ağaclarına da ciddi ziyan dəydiyi bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR