Bank Of Baku

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Azərbaycanda müəllif hüquqlarının müdafiəsi sahəsində görülən işləri yüksək qiymətləndirib

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Azərbaycanda müəllif hüquqlarının müdafiəsi sahəsində görülən işləri yüksək qiymətləndirib
# 29 may 2013 12:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Azərbaycanda müəllif hüquqlarının müdafiəsi sahəsində görülən işləri yüksək qiymətləndirib. APA-nın xəbərinə görə, təşkilatın departament rəhbəri Mihail Svanther jurnalistlərə açıqlamasında deyib ki, Müəllif Hüquqları Agentliyi fəaliyyət göstərdiyi 20 il ərzində mühüm inkişaf yolu keçib və beynəlxalq qurum Müəllif Hüquqları Agentliyinin fəaliyyətini hər zaman izləyir: “Azərbaycanın müəllif hüquqları sahəsində çalışan, xüsusilə Müəllif Hüquqları Agentliyində fəaliyyət göstərən mütəxəssislər bu sahənin inkişafına hər zaman öz töhfələrini verir. Prezident İlham Əliyevin, hökumətin və Müəllif Hüquqları Agentliyinin göstərdiyi səylər nəticəsində qanunvericilik sisteminin təkmilləşdirilməsi, müəllif hüquqlarının müdafiəsi sahəsində əldə olunan nailiyyətlər Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən yüksək qiymətləndirilir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR