Bank Of Baku

UNİCEF Azərbaycanda fəaliyyətini məhdudlaşdırır

UNİCEF Azərbaycanda fəaliyyətini məhdudlaşdırır
# 27 dekabr 2012 10:16 (UTC +04:00)

 APA-nın xəbərinə görə, bu açıqlamanı jurnalistlərə UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəsmisi Munir Məmmədzadə deyib.

 

O bildirib ki, beynəlxalq təşkilat hansısa ölkəyə yardım edərkən iqtisadi və inkişaf göstəriciləri əsas amil kimi götürürlər. UNİCEF rəsmisinin sözlərinə görə, Azərbaycan iqtisadi cəhətdən inkişaf etməkdə olan, yüksək gəlirli ölkələr sırasında olduğundan bu cür ölkələrdə yardım və kiçik həcmli layihələr dəstəklənmir: “Bizim məqsədimiz elə bir dövlət daxili mexanizm yaratmaqdır ki, dövlət özü və vətəndaş cəmiyyəti uşaq hüquqlarının müdafiəsinin qarantı olsun”.

 

UNİCEF-in ümumiyyətlə proqramlarını dayandıra biləcəyinə dair sualı cavablandıran M.Məmmədzadə qeyd edib ki, Azərbaycanda fəaliyyətə hələ də ehtiyac var: “Sadəcə olaraq layihələri yenidən nəzərdə keçirərək düşünürük ki, öz fəaliyyətimizdə prioritetləşmə aparaq və fəaliyyətimizi daha problemli sahələrə yönəldək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR