Bakı. Könül Kamilqızı – APA. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş könüllü və təmənnasız qanvermə aksiyası təşkil ediləcək. APA-nın xəbərinə görə, aksiya iyunun 1-də saat 12:00-dan 15:00-dək Mərkəzi Qan Bankında keçiriləcək.
Aksiyada iştirak sərbəstdir və bu səbəbdən sağlamlıq məhdudiyyətləri olmayan hər bir kəs qatıla bilər. 3 saat davam edəcək aksiyada toplanacaq qan irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların müalicəsində təmənnasız istifadə olunacaq.
Qanvermə aksiyasının keçirilməsinə əsas səbəb qan xəstəliklərindən (hemofiliya, talassemiya və leykemiya) əziyyət çəkən uşaq və yeniyetmələrə dəstək olmaq və onların qana olan ehtiyaclarını qismən də olsa qarşılamaqdır.