Bakı. Gülnar Bəşirova - APA. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı elan olunan ümumi müsahibəyə sənəd qəbulunun (Mərkəzi icra hakimiyyət orqanları) və müsahibənin (Yerli icra hakimiyyət orqanları) nəticələri açıqlanıb. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müsahibəyə 2 dövlət orqanı üzrə 4 vakansiya çıxarılıb. Bunlar Nizami rayonu İcra hakimiyyəti (NRİH) və Lerik rayonu İcra hakimiyyəti (LRİH) orqanlarıdır. NRİH 3, LRİH isə 1 vakansiya çıxarıb. NRİH üzrə 27, LRİH üzrə isə 1 nəfər ərizə verilib.
Ümumi müsahibədə isə 3 Məhkəmə orqanı, 8 Mərkəzi İcra Hakimiyyəti orqanı iştirak edib. Vakansiyaların sayı 60 olub. 53 nəfərin namizədliyi qeydə alınıb.
Qeyd edək ki, ərizələrin qəbulu avqustun 23-dən sentyabrın 11-dək aparılıb.