Bank Of Baku

Vakant dövlət qulluğu yerlərinə elan edilmiş müsabiqələrin test imtahan mərhələsi başa çatıb

Vakant dövlət qulluğu yerlərinə elan edilmiş müsabiqələrin test imtahan mərhələsi başa çatıb
# 16 yanvar 2014 12:25 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 4, 25 oktyabr və 5, 20 noyabr 2013-cü il tarixlərində elan edilmiş müsabiqələrin test imtahanı mərhələsi başa çatıb. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün Komissiyada 2325-i qadın namizəd olmaqla 6406 namizəd qeydə alınıb. Qeydə alınan 6406 namizədin ortalama 81,70%-ni gənclər təşkil edib. Namizədlərdən 2156 nəfəri test imtahanında iştirak etməyib. Test imtahanı mərhələsində iştirak edən namizədlərdən 453-ü qadın namizəd olmaqla 1374 nəfəri qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurub. Test mərhələsini uğurla keçənlərin ortalama 86,17%-ni gənc namizədlər təşkil edib. Test mərhələsini uğurla başa vuran namizədlərdən 373 nəfəri 5-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb. 746 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb. 255 nəfəri 5-ci təsnifat inzibati vəzifələrə iddia etsə də bu vəzifələr üzrə keçid balını toplamayıb, lakin 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb.

 

Hər bir namizədə test imtahanını bitirdiyi an nəticələri əks etdirən arayış təqdim edilib, eyni zamanda nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdirilib.

 

Müsabiqənin müsahibə mərhələsi isə ötən il 23 dekabr tarixində başlayıb. Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Səhiyyə Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Dəniz Administrasiyası və Şəki Apellyasiya Məhkəməsi üzrə keçirilən müsahibələr başa çatıb. Qeyd olunan 5 dövlət orqanı üzrə müsahibə mərhələsində iştirak etmək üçün 28 namizəd qeydə alınıb. Onlardan 9-u müsahibədən uğurla keçib, 19-u vəzifəyə uyğun hesab edilməyib, 2-si isə müsahibə mərhələsində iştirak etməyib.

 

Qeyd edək ki, 99 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 1065 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR