Bank Of Baku

Vakant dövlət qulluğuna elan edilmiş müsabiqənin müsahibə mərhələsi 26 dövlət orqanı üzrə başa çatıb

Vakant dövlət qulluğuna elan edilmiş müsabiqənin müsahibə mərhələsi 26 dövlət orqanı üzrə başa çatıb
# 12 fevral 2013 14:00 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Vakant dövlət qulluğuna elan edilmiş müsabiqənin müsahibə mərhələsi 26 dövlət orqanı üzrə başa çatıb. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hazırda dövlət qulluğuna qəbulla bağlı ötən ilin 7, 14, 17 avqust, 6 sentyabr, 5 və 24 oktyabr tarixlərində elan edilmiş müsabiqənin müsahibə mərhələsi davam edir. Müsabiqədə iştirak etmək üçün qeydə alınmış 7593 nəfərdən 1744 nəfəri test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçib, onlardan 1386 nəfəri müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün sənədlərini Komissiyaya təqdim edib. İndiyə kimi müsahibədə iştirak etmiş 505 namizəddən 187 nəfəri bu mərhələdən də uğurla keçib. Müsahibədən uğurla keçmiş namizədlər Komissiya tərəfindən həmin dövlət orqanlarına təqdim edilib.

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə müsahibədə iştirak etmiş 3 namizəddən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə 7 namizəddən, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi üzrə 6 namizəddən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi üzrə 3 namizəddən, Bakı Apellyasiya Məhkəməsi üzrə 8 namizəddən, Milli Televiziya və Radio Şurası üzrə 4 namizəddən heç biri vəzifəyə uyğun hesab edilməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR