Bank Of Baku

Yaltada QDİƏT Parlament Assambleyasının komitə iclası keçiriləcək

Yaltada QDİƏT Parlament Assambleyasının komitə iclası keçiriləcək
# 08 aprel 2013 10:29 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA-Economics. Aprelin 10-13-də Yaltada Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının iqtisadi, ticarət, texnoloji və iqtisadi məsələlər üzrə komitəsinin 40-cı iclası keçiriləcək.

 

APA-Economics”in Ukrayna mətbuatına istinadən xəbərinə görə, iclasda QDİƏT üzvü olan ölkələrin dənizdə axtarış-xilasetmə işləri sahəsində əməkdaşlıq məsələləri, eləcə də təşkilati məsələlər müzakirə olunacaq.

 

Qeyd edək ki, QDİƏT 26 fevral 1993-cü ildə yaradılıb. Təşkilata Azərbaycan, Albaniya, Bolqarıstan, Ermənistan, Yunanıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə və Ukrayna daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR