Bank Of Baku

Yaponiyanın OYO - SHİNYEİ şirkətinin nümayəndə heyəti AMEA-da olub - FOTO

Yaponiyanın OYO - SHİNYEİ şirkətinin nümayəndə heyəti AMEA-da olub  - <span style="color: red;">FOTO
# 26 avqust 2013 11:40 (UTC +04:00)

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli OYO - SHİNYEİ şirkətinin prezidenti Toru Kajvara, OYO - SHİNYEİ şirkətinin vitse-prezidenti Joji Harada, şirkətin meneceri Xəqani Məlikov və əməkdaşları Akiko Takase, Sumiko Ogo iştirak edib. Görüşdə İsa Həbibbəyli Azərbaycanda Seysmoloji Xidmətin yaranma tarixi, keçdiyi mərhələlər barəsində qonaqlara ətraflı məlumat verib.

 

OYO- SHİNYEİ şirkətinin prezidenti Toru Kajvara isə bildirib ki, Yaponiya zəlzələlərin daim baş verdiyi ərazidə yerləşdiyinə görə burada zəlzələlərin öyrənilməsi ilə yanaşı, əhalinin maarifləndirilməsi, yüksək mərtəbəli binaların zəlzələlərə davamlılığı öyrənilir. Həmçinin maarifləndirmə işi xüsusi təhsil mərkəzləri vasitəsi ilə həyata keçirilir.

Görüşdə tərəflər arasında əlaqələrin genişləndirilməsi üçün anlaşma protokolunun imzalanması barədə ilkin razılıq da əldə edilib.

Qeyd edək ki, bu gün Respublika Seysmoloji Xidmət Mərkəzinin quruda 35 telemetrik seysmik stansiyası fəaliyyət göstərir. Bundan başqa, 3 seysmik stansiyanın dənizin dibində quraşdırılacaq. Mərkəz tərəfindən 24 GPS stansiyalar quraşdırılıb. 1 GPS stansiyanın isə Saatlı rayonunda yerləşən, dərinliyi 8000 m olan quyu üzərində yerləşdirilməsi nəzərdə tutulur.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR