Bank Of Baku

Yardımlıda altı kəndi birləşdirən yeni körpü istifadəyə verilib

Yardımlıda altı kəndi birləşdirən yeni körpü istifadəyə verilib
# 30 noyabr 2012 12:54 (UTC +04:00)

Yardımlı. Ağəddin Babayev – APA. Yardımlı rayonunun  Uragaran kəndində yeni körpü istifadəyə verilib. Rayon İcra Hakimiyyəti (RİH) aparatından APA-nın Cənub bürosuna verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə Yardımlı RİH-nin başçısı Sevindik Hətəmov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, yerli idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Sakinləri təbrik edən RİH-nin başçısı Sevindik Hətəmov rayonda sosial sahədə həyata keçirilən işlərdən söz açıb. Qeyd olunub ki, yeni istifadəyə verilən körpüdən rayonun səkkiz yaşayış məntəqəsi - Uragaran, Nisəqala, Dagüzü, Avun, Peştəsər, Qaraqaya, Alar və Şıxhüseynli kəndlərinin 6000-dən yuxarı əhalisi istifadə edəcək. Yeni körpü Viləşçay üzərində tikilib, uzunluğu 10 metr, eni 3,5  metr, hündürlüyü isə 4 metrdir.  

 

Tədbirdə çıxış edən kənd sakinləri onların sosial problemlərinin həllində göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR