Bank Of Baku

Zaqatalanın bir-neçə kəndinə dolu yağıb - VİDEO

Zaqatalanın bir-neçə kəndinə dolu yağıb - <span style="color: red;">VİDEO
# 25 aprel 2014 07:43 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalanın bir-neçə kəndinə dolu yağıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, aprel ayının 24-ü gecə saat 22: 30 radələrindən başlayaraq  Zaqatala rayonu ərazisində qeyri-sabit hava şəraiti hökm sürüb. Rayon ərazisində iki saat ərzində şimşək çaxıb, yağış yağıb, rayonun  Aşağı Tala, Yuxarı Tala, Muxax, Çobankol və Gözbarax kəndlərinə dolu düşüb.  Hava şəraiti ilə əlaqədar gecə saatlarında rayonun bir sıra kəndlərinə elektrik enerjisinin verilməsində qısa müddətli fasilələr yaranıb. Dolu daha çox Muxax, Çobankol və Gözbaraq kəndlərinə düşüb. Bu kəndlərin sakinlərinin APA-ya verdiyi məlumata görə, gecə saatlarında yağan güclü dolu diametrinə görə böyük olub.

 

Zaqatala rayon İcra Hakimiyyətinin Çobankol və Gözbaraq kəndləri üzrə inzibati icra nümayəndəliklərindən bildirilib ki, dolu nəticəsində kənd təsərrüfatına ziyan dəyib. Gecə saatlarında kəndlərə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR