Bank Of Baku

Zərdabda 3 yeni məktəb binası istifadəyə veriləcək

Zərdabda 3 yeni məktəb binası istifadəyə veriləcək
# 31 avqust 2013 15:41 (UTC +04:00)

Rayonda 5 məktəb binası yenidən tikilməli, 10 məktəb isə əsaslı təmir olunmalıdır

 

Zərdab. Zahid Abışov - APA. Bu il Zərdab rayonunda 3 yeni tikilmiş orta məktəb binasının istifadəyə verilməsi nəzərdə tutulur.

 

Zərdab rayon İcra Hakimiyyəti başçısının müavini Rəhman Feyzullayevin  APA-nın yerli bürosuna verdiyi  məlumata görə, Çallı kəndində 360, İsaqbağı kəndində 220, Aşağı Seyidlər kəndində isə 80 şagird yerlik müasir standartlara cavab verən yeni məktəb binaları tikilib. Yeni dərs ilinə hər 3 təhsil ocağının istifadəyə verilməsi gözlənilir.

 

Son illər Zərdabda 13 yeni məktəb binası tikilərək istifadəyə verilib. Rayonda ümumilikdə 43 ümumi təhsil məktəbi var, onlardan 28-i tam, 9-u ümumi orta, 6-sı isə ibtidai məktəb kimi fəaliyyət göstərir.

 

R. Feyzullayev onu da qeyd edib ki, görülən işlərlə yanaşı, rayonun bir neçə kəndində məktəblə bağlı problemlər də yaşanır. Belə ki, rayonda 5 məktəb - Dəliquşçu, Əlibəyli, Sarıqaya, şəhər ümumi və ikinci Alıcanlı kənd ümumi orta məktəbləri qəzalı vəziyyətdədir, yeni məktəb binalarının tikintisinə ehtiyac var. Bundan başqa, 10 məktəbdə - şəhərdəki 1 və 2 saylı, Bıçaqçı, Məlikli, Məmmədqasımlı, Gödəkqobu, Gəlmə, Qarəvəlli, Kəndəbil kəndlərindəki və Bəyimli qəsəbəsindəki tam orta məktəblərinin binası əsaslı təmir olunmalıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR