Zərdab. Müşfiq Abışov-APA. Zərdabda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən tədbirlər çərçivəsində rayon İcra Hakimiyyətində 30-a yaxın hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlarla görüş təşkil olunub.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Lütfəli Babayev sosial müdafiəyə ehtiyacı olan insanlara göstərilən dövlət qayğısından söhbət açıb. O, bildirilib ki, rayonda hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara hər zaman xüsusi qayğı göstərilir. Əlamətdar bayramlar ərəfəsində 30-dan çox aztəminatlı ailəyə maddi yardım göstərilməsi, bayram sovqatlarının çatdırılması bu diqqətin bariz nümunəsidir.