Bank Of Baku

Xıdırlı sakini: Ağdama qayıdışım unudulmayacaq tarixdir

Ağdamın Xıdırlı kəndinə qayıdan Nəvai Əliyev

© APA | Ağdamın Xıdırlı kəndinə qayıdan Nəvai Əliyev

# 28 noyabr 2025 13:56 (UTC +04:00)

“Birinci Qarabağ müharibəsinin iştirakçısıyam. Bu torpaqlarda mənim səngər qardaşlarım şəhid olub. Bura qayıdışım mənim üçün unudulmayacaq tarixdir. Əminəm ki, şəhid qardaşlarımın ruhu şaddır”.

Bunu APA-nın yerli müxbirinə bu gün Ağdamın Xıdırlı kəndinə qayıdan Nəvai Əliyev deyib. O, uzun illər yaşadığı çətin günlərin geridə qaldığını vurğulayıb:

"Allah bütün şəhid qardaşlarıma rəhmət eləsin. Qazilərimiz var olsun. Mən cənab Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Bu günü bütün keçmiş məcburi köçkünlərə arzulayıram".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR