Bank Of Baku

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə azyaşlını xilas etdilər - VİDEO

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə azyaşlını xilas etdilər  - VİDEO
# 08 mart 2026 17:46 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla əlaqədar dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq evdə yatmış vəziyyətdə aşkarlanmış 2016-cı il təvəllüdlü uşağı valideynlərinə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR